Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutması nəticəsində ermənilər Sünikdə könüllü dəstələr toplayır.
Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənistandan növbəti təxribat - Şəhid və yaralımız var
Bu o deməkdir ki, Azərbaycanın suveren ərazilərinə yeni təxribatlar, hücumlar gözlənilir.
Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Ermənistan müdafiə nazirliyi də orduda itkilərinin olduğunu təsdiqləyib. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 3 erməni hərbçisi məhv edilib, çoxlu sayda yaralanan var. Yaralılar arasında Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.
Bizim.Media