“İraqın şimalında bir mağarada 13 silahsız insanın başına gətirilən hadisə belə qarşımızdakı pisniyyətli insanların utanmasına yetərli olmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 24-dəki çıxışında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Nə edirlər etsinlər, Türkiyəni yıxa bilməyəcəklər” - Ərdoğan
“Terrorçuların sayı on milərlə idi, indi yüzlərə enib. Bu mübarizəmizi davam etdiririk, etdirəcəyik”, - Türkiyə prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Qafqazdan Balkanlaradək bir ərazidə terrora qarşı mübarizən aparacaqlarını deyib:
“Coğrafiyamızda minillik mövculuğumuzun bizə yüklədiyi qardaşlıq, dostluq vəzifələrimizi yerinə yetirmək üçün heç kimdən icazə almayacağıq.
Bütün sərhədlərimizi yetərincə təhlükəsiz hala gətirənədək dayanmacağıq. Kimsə bu mübarizəyə müəmmalı bəyanatlarla kölgə salmaq istərsə, həyatı boyu yanlışlıq içində olar”.
Qeyd edək ki, PKK/YPG-PYD terrorçuları 2015-ci ildə qaçırdığı Türkiyənin 13 vətəndaşını fevralın 13-də qətlə yetirib.
Bizim.Media