Ukranya ictimaiyyətinə “Xocalı: Soyqırımının xronikası” adlı kitabı təqdim edildi - FOTO

Ukranya ictimaiyyətinə “Xocalı: Soyqırımının xronikası” adlı kitabı təqdim edildi - FOTO

Hazırda oxunan: Ukranya ictimaiyyətinə “Xocalı: Soyqırımının xronikası” adlı kitabı təqdim edildi - FOTO

12895

Kiyev şəhərində Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” adlı kitabın təqdimatı keçirilib.

Bu barədə Bizim.Media-ya  Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verib.

Bildirilib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı və təşəbbüsü ilə çap edilən, Ukrayna Azərbaycanlıları Radasının binasında keçirilən təqdimat mərasimində səfir Elmira Axundova, diplomatlar, diaspor rəhbərləri, Ukraynanın elm xadimləri, Ukrayna Müdafiə Nazirliyinin nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.

E. Axundova bildirib ki, kitab Ukrayna cəmiyyətində Xocalı soyqırımı haqqında real mənzərə yarada biləcək.

Səfir vurğulayıb ki, yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü artıq ifşa olunub:

Qeyd olunub ki, kitab Xocalı soyqırımından bir il sonra - 1993-cü ildə çap olunub.

Kitabın emosional təsirini daha da artırmaq üçün Azərbaycanın tanınmış şairi mərhum Nurəngiz Günün məşhur “Xocalı simfoniyası” poeması da tərcümə olunub.

“Xocalı simfoniyası” poemasının Ukrayna dilində yazıçı Lesya Mudrak tərəfindən bədii qiraəti tədbir iştirakçılarını qəhərləndirib.

Qeyd edək ki, kitabda Xocalı soyqırımına dair fotomateriallar, həmçinin UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun soyqırımına dair rəsm əsərləri də yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO