Ermənistanın baş naziri Nikol Paşinyan 23 fevralda hökümət binası qarşısında “Daşnaksütyun” partiyası fəalları tərəfindən təşkil olunan aksiyanı zor gücü ilə dağıtmağı əmr etdiyi məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyada yaşayan erməni əsilli jurnalist Aram Qabrelyanov öz teqram kanalında məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Paşinyanın müsahibəsi - sudan quru çıxmaq cəhdi və Qərbə mesajlar
Qabrelyanovun məlumatına görə, daşnakların lideri İşxan Saqatelyanın baş nazirin hökümət evinə daxil olmasına əngəl olmaq barədəki çağırışları Paşinyanı çox pis qəzəbləndirib.
Jurnalist baş nazirin yaxın ətrafındakı şəxslərdən əldə etdiyi məlumata görə, Paşinyanın qəzəbli bir şəkildə “Bura mənim ölkəmdir. Burda qərarları mən verirəm”- deyə bağırdığını qeyd edir.
Daha sonra Paşinyan yüksək rütbəli polis zabitlərini iclasını keçirib və onlara etiraz aksiyasında iştirak edənləri və aksiyanın rəhbərlərini cəzalandırmaq tapşırığı verib.
Paşinyan polis zabitlərindən onun əmrlərinə riayət etmələrini və baş nazirə sədaqət andı içmələrini tələb edib. Əks halda onları Qarabağda döyüşlərindən necə qaçdıqlarını hamıya elan edəcəyi ilə hədələyib.
Bu hədə qarşısında Polis rəisi Vahe Gazaryan, onun birinci müavini Aram Ovannisyan, digər bir müavin Vardan Movsisyan, İrəvan Polis İdarəsinin rəisi Sevan Koçaryan və Daxili Qoşunların rəhbəri Hayk Babayan Paşinyana sadiq olacaqlarını və onun əmrlərini icra edəcəklərini bildiriblər. Daha sonra hökümət evi qarşısındakı aksiya polis tərəfindən dağıdılıb.
Bizim.Media