Builki Novruz bayramında Təbrizin tarixi abidələri Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılması platformasına çevrilə biləcək şəkildə olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Bildirilib ki, tarixi abidələrin 90 faizi molla rejimi tərəfindən məhv edilib.
Qeyd edək ki, son aylar Güney Azərbaycanın tarixi abidələrinin mərkəzi hökumət və ilgili qurumların laqeydliyi nəticəsində aradan dağılması ilə bağlı çoxsaylı faktlar mətbuatda yayınlanıb.
Bizim.Media