İran hökuməti ölkədə baş verən 6 aylıq etiraz aksiyalarından sonra paytaxtda polis qüvvələrinin sayının artırılması ilə bağlı yeni proqram həyata keçirmək niyyətində olduğunu deyib.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İran Polis Qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandanı Həsən Kərəmi məlumat verib.
O, son etiraz nümayişlərinə toxunaraq, növbəti aksiyaların qarşısının vaxtında alınması üçün Tehranın 400 nöqtəsini əhatə etmək üçün polis güclərinin ikiqat artırılmasının vacibliyini bildirib.
Qeyd edək ki, İranda baş verən etiraz aksiyaları zamanı 71-i uşaq olmaqla 500-dən çox vətəndaş öldürülüb, 18 mindən çox etirazçı həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:35 / 28.03.2023
Tehranda polis qüvvələrinin sayı ARTIRILIR
Hazırda oxunan: Tehranda polis qüvvələrinin sayı ARTIRILIR
Hazırda oxunan: Tehranda polis qüvvələrinin sayı ARTIRILIR
127641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.