“Azərbaycanlılar nə qədər lazım idisə, o qədər də irəli gediblər. Bu istiqamətdə daha da irəliləməyə xüsusi ehtiyac yoxdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Mənim şərəfim” fraksiyasından olan deputat Tiqran Abramyan özünün “Facebook” səhifəsində qeyd edib.
“Azərbaycan bölmələri irəlilədi və Xankəndi-Kosalar-Mirzələr-Turşsu torpaq yolunun mühüm qovşaqlarından birinə nəzarət etdi.
Hazırda onlar istehkam işləri aparırlar. Digər məsələ ikinci dərəcəlidir.
Son 2,5 ildə Azərbaycan ordusu irəliləyib və bir dəfə də geri çəkilməyib.
Belə çətin vəziyyət yenə davam edəcək, çünki Azərbaycanla qarşıdurma üçün ciddi uzunmüddətli strategiya yoxdur”, - deyə deputat yazıb.
Bizim.Media
- A-
- A
- A+
Region
10:48 / 26.03.2023
Azərbaycanlılar hazırda mühüm yola nəzarət edirlər - Erməni deputat
Hazırda oxunan: Azərbaycanlılar hazırda mühüm yola nəzarət edirlər - Erməni deputat
Hazırda oxunan: Azərbaycanlılar hazırda mühüm yola nəzarət edirlər - Erməni deputat
127258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.