İranda hicab məmurları növbəti dəfə zorakılığa əl ataraq gənc qızları döyüblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat verir.
Məlumata əsasən, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilir ki, İranın məcburi hicab məmurları Qum şəhərindəki parkların birində gənc qızlara qarşı hicaba riayət etmədiklərini bəhanə gətirərək zorakılıq ediblər və onları döyüblər.
Bizim.Media