Arsurun Ovannisyan ABŞ-a qaçdı – Korotçenko bu haqda tvit yazdı

Arsurun Ovannisyan ABŞ-a qaçdı – Korotçenko bu haqda tvit yazdı

Hazırda oxunan: Arsurun Ovannisyan ABŞ-a qaçdı – Korotçenko bu haqda tvit yazdı

12715

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyan ABŞ-a qaçıb.

Bizim.Media xəbər verir ki, bu barədə hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün tvitterdəki səhifəsində bildirib.

"Bir gün əvvəl (fevralın 21-də) Los-Anceles reysinin sərnişinləri (Ermənistan-red) Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı gördülər. O, bacısı ilə Qətər reysilə uçurdu.
Təyyarədə xeyli adam vardı. Hamı ona qışqırırdı. Amma o buna məhəl qoymurdu" - şahid dedi”, - İqor Korotçenko vurğulayıb.

Qeyd edək ki, Arsurun Ovannisyan ikinci Qarabağ müharibəsi dövründə Ermənistan vətəndaşlarına cəbhədəki döyüşlər barədə yalan məlumatlar verməsi ilə yadda qalıb.

O, işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarını tərk etməsini "takitiki geri çəkilmə" adlandırırdı.

Lakin sonradan Ovannisyanın yalanları üzə çıxdı. O, müharibədəki məğlubiyyətdən sonra vəzifəsindən istefa verdi.

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü sonra iddia etdi ki, naməlum şəxslər ona hücum edib. Nazirliyin sabiq rəsmisi hədələndiyini və izləndiyini də bildirib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO