Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə həbsinə dair orderə Ermənistan tərəfinin mövqeyini şərh edib.
Bizim.Media xəbər verir ki, Peskov bu barədə jurnalistlərin Ermənistanın Vladimir Putinin respublikaya səfəri zamanı Beynəlxalq Cinayət Məhkəməsinin tələbi ilə mümkün həbsi ilə bağlı mövqeyinə aydınlıq gətirib-gətirməməsi ilə bağlı sualını cavablandırıb:
MÖVZU İLƏ BAĞLI:
Putin həbs orderinə baxmayaraq, BRİKS sammitinə DƏVƏT OLUNDU
"Hələ yox. Biz bunu tərəfdaşlarımızla müzakirə edəcəyik”.
Daha əvvəl Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu üzrə bütün öhdəliklərin respublikada əsas qanuna uyğun olaraq tanınması barədə qərarı oxuyub.
Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verib. Məlumata görə, Putin ukraynalı uşaqları qanunsuz deportasiya etməkdə şübhəli bilinir.
Bizim.Media