Qarabağdakı qondarma qurumun rəhbərinin dəyişdirilməsi məsələsi ən azı yarım il təxirə salınır.
Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, dünən qondarma rejimin “parlament”i “konstitusiya”ya dəyişiklik layihəsini və hərbi əməliyyat zamanı “prezident” vəzifəsinin boş qalması halında onun xüsusiyyətlərini “təsdiqləyib”.
“Layihə” separatçı rejimin “ali məhkəmə”sinə göndərilib, orada sözügedən düzəlişin “konstitusiya”ya uyğunluğu məsələsi həll olunacaq.
“Qanun”a görə, “ali məhkəmə” öz rəyini bildirmək üçün 10 gündən 6 aya qədər vaxt verir. Bu isə o deməkdir ki, “Arsax” “prezident”inin dəyişdirilməsi məsələsi ən azı yarım il təxirə salınır.
Lakin qondarma rejim “fövqəladə vəziyyət”lərdə daha tez “qərar” verəcəyini istisna etmir.
Bizim.Media
- A-
- A
- A+
Region
11:07 / 24.03.2023
Qarabağdakı qondarma qurum rəhbərinin dəyişdirilməsi 6 ay TƏXİRƏ salındı
Hazırda oxunan: Qarabağdakı qondarma qurum rəhbərinin dəyişdirilməsi 6 ay TƏXİRƏ salındı
Hazırda oxunan: Qarabağdakı qondarma qurum rəhbərinin dəyişdirilməsi 6 ay TƏXİRƏ salındı
126979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.