Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini TAPDI

Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini TAPDI

Hazırda oxunan: Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini TAPDI

126734

Ermənistan “Azərbaycan əsir götürüb” dediyi hərbçisini tapıb.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, martın 21-də avtomobillə ərzaq aparan zaman itkin düşən Ermənistan silahlı qüvvələrinin hərbçisi M.Q. martın 22-də həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində tapılıb.

Bununla da Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə öz yaydığı məlumatı təkzib edib.

Xatırladaq ki, martın 21-də erməni hərbçinin itkin düşməsi ilə bağlı xəbər yayılmışdı. Ermənistan Müdafiə Nazirliyi iddia edirdi ki, guya onu Azərbaycan hərbçiləri əsir götürüb.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı yaydığı məlumatda isə bildirmişdi ki, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun nəqliyyat vasitəsi ilə guya azaraq Azərbaycan Ordusunun bölmələrinin mövqelərinə yaxınlaşması və bölmələrimiz tərəfindən əsir götürülməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO