“102-ci bazanın müəyyən hərbi birliyi Azərbaycan sərhədində yerləşdiriləcək” - Erməni nazir 

“102-ci bazanın müəyyən hərbi birliyi Azərbaycan sərhədində yerləşdiriləcək” - Erməni nazir 

Hazırda oxunan: “102-ci bazanın müəyyən hərbi birliyi Azərbaycan sərhədində yerləşdiriləcək” - Erməni nazir 

12636

Ermənistan Rusiyanın bu ölkədə yerləşən 102-ci bazanın potensialının genişləndirilməsində maraqlıdır.

Bizim.Media xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan beynəlxalq sərgidə Ermənistanı qabaqladı - FOTO


O, Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən regionda mövcud hərbi-siyasi reallıqların nəzərə alındığını və bazanın silahlanmasının gücləndirilməsi yolunda doğru addımlar atıldığını bildirib:

“Mən əminəm ki, bu proses uzunmüddətli xarakter daşıyacaq”.

Bununla belə Arutyunyan Rusiyanın Ermənistana əlavə hərbi dəstələr yerləşdirməsinə ehtiyac olmadığını söyləyib.

Arutyunyan, həmçinin İrəvan və Moskvanın 102-ci bazanın müəyyən hərbi birliyinin Ermənistanın şərqinə dislokasiya olunması imkanlarıyla bağlı məsələ üzərində çalışdığını qeyd edib.

O, Ermənistanda olan Rusiya sərhədçilərinə əlavə funksiyaların verildiyini də vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO