Azərbaycan beynəlxalq sərgidə Ermənistanı qabaqladı - FOTO

Azərbaycan beynəlxalq sərgidə Ermənistanı qabaqladı - FOTO

Hazırda oxunan: Azərbaycan beynəlxalq sərgidə Ermənistanı qabaqladı - FOTO

12615

Bizim.Media məlumat verir ki, 21 fevralda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə beynəlxalq müdafiə və təhlükəsizlik sənayesi məhsullarının sərgisi başlayıb.

Beynəlxalq Müdafiə Sərgi və Konfransı (IDEX) çərçivəsində ilə hər il baş tutan sərgi ilə bağlı bütün dünyanın diqqəti Əbu-Dabiyə yönəlib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağda öldürülən ilk azərbaycanlılar - 22 fevral 1988-ci il, Əsgəran hadisəsi - VİDEO


Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı sayca 15-cisi təşkil olunan beynəlxaq müdafiə sərgisinə ənənəvi olaraq Azərbaycan və Ermənistan da iştriak edir.

Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müxtəlif təyinatlı silahlarla təmsil olunmasına baxmayaraq Ermənistan tərəfinin stendinin boş olması diqqət çəkən əsas məqamlardan biri olub.

Ermənistan tərəfi sərgi tarixində büroşurlarla sərgiyə qatılan ilk dövlət olub. Silah prototipləri əvəzinə onların fotolarının yer aldığı stend izləyicilər tərəfindən də maraqla qarşılanmayıb.

Qeyd edək ki, Azərbaycan “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı silah nümayiş olunur.

Sərgi çərçivəsində dünyanın bir çox dövlətləri müdafiə, quru, dəniz və hava sektorlarında ən son texnologiyaları nümayiş etdirməyə çalışır.

Beynəlxalq arenada olduqca ciddi nüfuza malik olan sərgi, fərqli dövlətlər, silah şirkətləri və silahlı qüvvələr arasında qarşılıq əlaqə qurmaq və gücləndirmək üçün misilsiz platforma hesab olunur.

25 fevral tarixinə qədər davam edəcəyi nəzərdə tutulan IDEX sərgisi BƏƏ Silahlı Qüvvələrinin dəstəyi ilə Capital Events tərəfindən təşkil olunur.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO