Simonyanın hədiyyəsi Rusiya ilə növbəti qalmaqala səbəb oldu

Simonyanın hədiyyəsi Rusiya ilə növbəti qalmaqala səbəb oldu

Hazırda oxunan: Simonyanın hədiyyəsi Rusiya ilə növbəti qalmaqala səbəb oldu

125809

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinə hansısa bahalı hədiyyə göndərmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

Mənbə yazır ki, Volodin hədiyyəni qəbul etməyib. Heç bir izahat vermədən geri qaytarıb. 

İndi erməni jurnalistləri anlamağa çalışırlar ki, Simonyanı Volodinə bahalı hədiyyə göndərməyə nə vadar edib?

Birincisi, Alen Simonyan artıq qərbpərəstliyi ilə tanınır. İkincisi, onun Volodinlə isti münasibəti yoxdur. Üçüncüsü, Alenin rus spikerindən nə tələb edə bilərdi ki?

Rəsmi Moskva hələlik bu məlumatı şərh etməyib, lakin ermənilər təfərrüatları (hədiyyənin dəyəri də daxil olmaqla) dərc etməyə söz veriblər.
İndi sirr deyil ki, Simonyanın hədiyyəsi Rusiya ilə növbəti qalmaqala səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO