“Nikol və Anna iqamətgahdan çıxıb oranı əsgərlərimizə təhvil verməlidir” - Nazaryan

“Nikol və Anna iqamətgahdan çıxıb oranı əsgərlərimizə təhvil verməlidir” - Nazaryan

Hazırda oxunan: “Nikol və Anna iqamətgahdan çıxıb oranı əsgərlərimizə təhvil verməlidir” - Nazaryan

12580

Dünən Nikol yenidən Baş nazirinin iqamətgahını polislərlə mühasirəyə alıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Yerevan.Today” nəşri yayıb.

Mənbə yazır ki, o, vergi ödəyicilərindən qorxduğu üçün özünü qoruyur. 

 

MÖVZU İLƏ BAĞLI:

Erməni siyasətçi: “Ölənləri sayını gizlətmək üçün dəhşətli prosesə başlanıldı”


Bu haqda politoloq, "Nəsillər üçün həqiqət" vətəndaş təşəbbüsünün qurucusu, oğlu Qarabağdakı müharibə zamanı vəfat edən Qeqam Nazaryanın açıqlamasında deyilir.

“Nikol iqamətgahı təhlükəsizlik qüvvələri ilə bağlamamalı, əşyalarını yığaraq başqa yerə getməlidir.

Dövlət iqamətgahı bundan sonra Vətənin müdafiəçilərinə məxsus olmalıdır. Nikol və Anna ordan çıxmalıdırlar. Ararat Mirzoyanın ailəsi də bunu etməlidir. 

Eyni zamanda, bunu istefadan əvvəl etməlidirlər. Mütəxəssislərin fikrincə, 14 binadan ibarət olan bu ərazi hərbi personalımız üçün müasir bir reabilitasiya mərkəzi yaratmaq üçün ən əlverişli yerdir.

Minlərlə yaralı, bir çox əlilimiz var, psixoloji köməyə, çox ciddi və keyfiyyətli dəstəyə ehtiyacı olan on minlərlə hərbçimiz var.

Ölən əsgərlərin valideynləri də bir psixoloqun köməyinə ehtiyac duyurlar. Bu, vahid bir sosial tələbə ehtiyacı olan sualdır.

Anlayın, bu addımı rədd etsəniz, yaxın gələcəkdə ölən əsgərlərin valideynləri, yaralı əsgərlər, onların valideynləri, qohumları, dostları - hamı gələcək, bu iqamətgahı mühasirəyə alacaq və sizi getməyə məcbur edəcəklər.

O zaman polis də sizə kömək etməyəcək” deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO