KİV: Ermənistan Rusiyadan ən çox asılı olan ölkələr siyahısında ikinci yerdədir

KİV: Ermənistan Rusiyadan ən çox asılı olan ölkələr siyahısında ikinci yerdədir

Hazırda oxunan: KİV: Ermənistan Rusiyadan ən çox asılı olan ölkələr siyahısında ikinci yerdədir

125752

Ermənistan siyasət, müdafiə və iqtisadiyyat sahələri baxımından Rusiyadan ən çox asılı olan ölkələr siyahıısnda ilk üçlüyə daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə İngiltərənin “The Economist” jurnalında dərc olunan məqalədə deyilir. 

Nəşrin hesablamalarına görə, Rusiyadan asılılıq reytinqində 9 bal toplayan Ermənistan Belarusdan sonra ikinci yerdədir.

Məqalədə bu ölkələrin Rusiya ilə hərbi sahədə, xüsusən də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) əlaqələri xüsusilə vurğulanır. 

Qeyd edilib ki, bu təşkilatın üzvü olan ölkələrin bir-birinə hərbi yardım göstərmək öhdəliyinə baxmayaraq, Rusiya İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın bir çox müraciətlərini təmin etməyib:

“Ermənistanı 2020-ci ildə baş vermiş müharibə zamanı ərazisində yerləşdirilmiş 3500 rusiyalı hərbçinin ona köməyə gəlməməsi hiddətləndirir”. 

Bildirilib ki, sadalanan məsələlər Rusiyadan asılı olan ölkələrin, xüsusən də Ermənistanın Qərb dövlətləri ilə münasibətlərinə birbaşa təsir edir, çünki Qərb əməkdaşlıq nöqteyi-nəzərdən bu dövlətlərə tam etibar etmir. 
Qeyd edək ki, siyahıda Ermənistandan başqa, Belarus, Qırğızıstan, İran, Tacikistan, Qazaxıstan, Suriya, Çin, Venesuela, Nikaraqua, Hindistan və Özbəkistan kimi ölkələrin də adları var. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO