İran və Türkiyə prezidentləri telefonla danışdılar – Mövzu nə olub?

İran və Türkiyə prezidentləri telefonla danışdılar – Mövzu nə olub?

Hazırda oxunan: İran və Türkiyə prezidentləri telefonla danışdılar – Mövzu nə olub?

12572

İran prezidenti Həsən Ruhani  türk həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla yeni Amerika rəhbərliyinin yanaşması fonunda nüvə anlaşması ətrafındakı vəziyyəti müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Ruhani qeyd edib ki, ABŞ tərəfindən sanksiyaların ləğvi İran tərəfinin qanuni və ağlabatan tələbidir:

 

MÖVZU İLƏ BAĞLI:

“300 milyondan çox böyük bir ailə olduğumuzu təkrar gördük” - Ərdoğan


“Sanksiyaların ləğvi  ilə İran öz öhdəliklərinə qayıdacaq. Rəsmi Tehranın strategiyası dəfələrlə səsləndirilib: hərəkətə cavab olaraq hərəkət".Bu fikirlər prezidentin saytında yer alıb.

Bundan əlavə, prezidentlər Suriya böhranını müzakirə ediblər.

Ruhani İranın Suriyadakı ziddiyyətlərin sülh yolu ilə həllini dəstəklədiyini vurğulayıb, Rusiya, İran və Türkiyə arasında Suriya məsələsində danışıqların ən yüksək səviyyədə davam etdirilməsinin zəruriliyinə işarə vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO