Paşinyanın İrəvandan qovduğu media maqnat Ermənistanı məhkəməyə verdi

Paşinyanın İrəvandan qovduğu media maqnat Ermənistanı məhkəməyə verdi

Hazırda oxunan: Paşinyanın İrəvandan qovduğu media maqnat Ermənistanı məhkəməyə verdi

125592

Rusiyanın “News Media” media şirkətinin rəhbəri Aram Qabrelyanov Ermənistan hakimiyyətini məhkəməyə verdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı ermənilərə məxsus Telegram kanalları yayıb.

Mənbə xatırladır ki, Qabrelyanov Ermənistanın arzuolunmaz şəxsləri siyahısında olub. 

Paşinyan mövzu ilə bağlı bəyan edib ki, Ermənistanda seçilmiş hakimiyyətə hörmətsizlik göstərən şəxslərin ölkəyə girişi qadağandır. 

Bu bəyanatdan qəzəblənən Qabrelyanov hakimiyyəti məhkəməyə vermək qərarına gəlib və Ermənistanda tanınmış vəkil Aram Vardevanyana müraciət edib. Vardevanyanın hüquq bürosu Qabrelyanovun və qohumlarının ölkəyə gəlişinə qadağa qoyulması ilə bağlı məhkəmədə onun maraqlarını təmsil edəcək.

Qabrelyanov ikinci iddianı şəxsən Paşinyana qarşı qaldırır. 

"Guya mən Zəngəzur dəhlizinin yaradılmasını tələb etmişəm. Əgər dediklərimi sübut etməsə, Əfəndi Nikol cavab verməli olacaq", - Qabrelyanov “Facebook”da belə yazıb.
“Məhkəmə vasitəsilə sübut edəcəm ki, Nikol fırıldaqçı olub və indi də  fırıldaqçıdır. Üçüncüsü, Ermənistan əhalisinin 80%-dən çoxu seçilmiş baş nazirə hörmətsizlik edir və hakimiyyət onları da öz vətənlərinə buraxmayacaq?”, deyə  Qabrelyanov qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO