İranda hər 14 saatda bir nəfər EDAM EDİLİR

İranda hər 14 saatda bir nəfər EDAM EDİLİR

Hazırda oxunan: İranda hər 14 saatda bir nəfər EDAM EDİLİR

125584

İran hökumətinin bu il qışın başlanğıcından bəri həyata keçirdiyi edamların nisbəti əvvəlki 15 ilin orta göstəricisi ilə müqayisədə 24% artıb və 2023-cü ildə edamların sayı hər 14 saatda bir edama çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 

Məlumatda qeyd olunur ki, İranın ümumi statistik məlumatlarına əsasən, İslam Respublikasında 2008-2022-ci illər arasında edamların orta sayı hər 17 saatda 1 edam olub, 2023-cü ildə isə edamların sayı hər 14 saatda 1 edama yüksəlib.

Məlumata görə, cari ilin ilk 65 günü ərzində İranda 113 nəfər edam edilib ki, bu da ötən 8 il ərzində ən yüksək göstəricidir.

Ən yüksək göstəricilər Tehran, Əlborz, Qərbi Azərbaycan əyalətləri, Xorasane-Rəzəvi və Sistan və Bəluçestandadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO