Tbilisidə yenidən etiraz aksiyaları BAŞLADI

Tbilisidə yenidən etiraz aksiyaları BAŞLADI

Hazırda oxunan: Tbilisidə yenidən etiraz aksiyaları BAŞLADI

125441

Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb. 

Bizim.Media “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiyalar televiziya kanalları ilə yayımlanmır. 
 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstanda NƏ BAŞ VERİR? – Ölkə xarici dövlətlərdən xeyli silah alır


Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar. 

Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər. 

Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma baş verib.

Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb, həmçinin barrikadalar qurub. 
Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir. 

Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO