PKK üzvü olan millət vəkili barədə araşdırma başladı - FOTO

PKK üzvü olan millət vəkili barədə araşdırma başladı - FOTO

Hazırda oxunan: PKK üzvü olan millət vəkili barədə araşdırma başladı - FOTO

12530

Türkiyənin Ankara Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) üzvü, Ağrı millət vəkili Dirayet Dilan Taşdemir haqqında araşdırmaya start verib.

Bizim.Media xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu dünən “A Haber” televizyasında D.Taşdəmirin PKK üzvü olduğunu, bir müddət əvvəl PKK-nın İraqın şimalındakı Qara bölgəsində yerləşən bazasında olduğunu açıqladıqdan sonra Ankara Baş Prokurorluğu hərəkətə keçib.

 

MÖVZU İLƏ BAĞLI:

"PKK indiyədək 6 021 mülki vətəndaşımızı öldürüb" - Süleyman Soylu


Prokurorluqdan bildirilib ki, S.Soylunun millət vəkili haqqındakı bu açıqlaması şikayət olaraq qəbul edilib və Dirayet Dilan Taşdemir silahlı terror təşkilatının üzvü olmaqda ittiham olunur.

İttiham sübuta yetirilərsə, millət vəkilinin toxunulmazlığı ləğv ediləcək və o, həbs olunacaq.

Qeyd edək ki, fevralın 10-da Türkiyə Silahlı Qüvvələri İraqın şimalında Qara bölgəsində PKK/YPG terror təşkilatına qarşı “Pəncə Qartal-2” hərəkatına başlayıb, 53 terrorçu zərərsizləşdirilib.

4 günlük əməliyyatda PKK-nın girov götürdüyü 12-si Türkiyə, 1-i İraq vətəndaşı olan 13 nəfərin xilas edilməsi mümkün olmayıb. Əməliyyat başlayan zaman terrorçular onları güllələyərək qətlə yetirib.

S.Soylu “Pəncə Qartal-2” əməliyyatı ərəfəsində D. Taşdemirin Qaraya getdiyini və bir neçə gün orada qaldığını da bildirib.

S.Soylu  qeyd edib ki, terrorçuların məskunlaşdığı Qəndil, Sincar, Suriya dəhlizlərinə keçid əhəmiyyətini daşıyan Qara bölgəsində  terrorçu hazırlayan “Apollo Akademiyası” da yerləşir.

Onu da bildirək ki, fevralın 14-də Ankara Baş Prokurorluğu HDP millət vəkilləri Hüda Kaya ve Ömer Faruk Gergerlioğlu haqqında da  PKK terror təşkilatına sosial media vasitəsilə dəstək vermələrilə bağlı araşdırmaya başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO