Tiflisdə orduya məcburi çağırışa qarşı ETİRAZ AKSİYASI keçirilir - FOTO/VİDEO

Tiflisdə orduya məcburi çağırışa qarşı ETİRAZ AKSİYASI keçirilir - FOTO/VİDEO

Hazırda oxunan: Tiflisdə orduya məcburi çağırışa qarşı ETİRAZ AKSİYASI keçirilir - FOTO/VİDEO

125010

Tiflisdə parlament binası yaxınlığında orduya məcburi çağırışa qarşı etiraz aksiyası keçirilir.

Bizim.Media xəbər verir ki, “Qirçi” müxalifət partiyası tərəfindən təşkil oluinan aksiyada etirazçılar məcburi qarovulun (həbsxanalarda qarovul xidmətinin) ləğvini tələb ediblər”.

“Əgər həqiqətən orduda islahat aparmaq istəyiriksə, bu saxta qaydalardan əl çəkməli, heç kimi zorla orduya cəlb etməməliyik. Əsgərlərə normal məvacib verməli və onlara şərait yaratmalıyıq”, - deyə parlamentdəki “Qirçi” siyasi qrupunun rəhbəri İaqo Xviçia bildirib.
Dinc şəraitdə keçirilən aksiyada yüzlərlə insan iştirak edir, onların çoxu tələbələrdir. Parlamentin yerləşdiyi Rustaveli prospektində nəqliyyatın hərəkəti açıqdır.

Qeyd edək ki, ötən gün  Müdafiə Nazirliyi parlamentin Gürcüstanın yeni Müdafiə Məcəlləsini nəzərdən keçirdiyi barədə bəyanat yayıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO