“Ermənistan ordusu dərəyə yuvarlanıb” – Sarkisyandan ETİRAF  

“Ermənistan ordusu dərəyə yuvarlanıb” – Sarkisyandan ETİRAF  

Hazırda oxunan: “Ermənistan ordusu dərəyə yuvarlanıb” – Sarkisyandan ETİRAF  

124466

“Metafora ilə Ermənistan ordusunu avtomobilə bənzətsək, həmin maşını nəinki “sürücülük vəsiqəsi” olan, həm də maşını sürməyi bacarmayan adamlar idarə edir. Belə olan halda “avtomobil” qaçılmaz olaraq dərəyə yuvarlanacaq və əslində yuvarlanıb”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarkisyan yerli mətbuata açıqlamasında deyib. 

“Hakimiyyət 2023-cü ildə dolların 1994, 2004 və ya 2014-cü illərdəki kimi olmadığını unudaraq, böyük müdafiə xərcləri ilə (builki xərclər 1,2 milyard ABŞ dolları nəzərdə tutulub – red.) lovğalanır. Ümumiyyətlə, 2018-ci ildən sonra Ermənistan heç bir hərbi-texniki dəstək almayıb”, - Sarkisyan bildirib. 
Sabiq prezident Ermənistan iqtidarını tənqid edərək, Paşinyanın komandasını yalan danışmaqda ittiham edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO