Ermənistanın müdafiə naziri istefa verəcəkmi?

Ermənistanın müdafiə naziri istefa verəcəkmi?

Hazırda oxunan: Ermənistanın müdafiə naziri istefa verəcəkmi?

123913

Ermənistanın baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ölkənin müdafiə naziri Suren Papikyanın istefaya getməsi ilə bağlı mətbuatda yayılan şayiələri təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Armenpress” agentliyi yayıb.

Bundan əvvəl “Hraparak” və “İravunk” qəzetləri öz mənbələrinə istinadən yazıblar ki, Ermənistanın müdafiə naziri Suren Papikyan vəzifəsindən azad ediləcək və hazırda onun yerinə başqa şəxs axtarılır.
“Hraparak” qeyd edib ki, Papikyanın varisi Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır. “İravunk”un fikrincə, Papikyan diplomatik xidmətə keçməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO