Qarabağdan 45 silah yığan

Qarabağdan 45 silah yığan "polis rəisi" həbs edildi

Hazırda oxunan: Qarabağdan 45 silah yığan "polis rəisi" həbs edildi

12391

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Qarabağ bölgəsində döyüşlər gedən zaman qanunsuz silah əldə edilməsi, saxlanılması və ticarəti ilə bağlı növbəti hadisə aşkarlayıb.

Bizim.Media xəbər verir ki, məlumatı erməni mediası yayıb.

Mənbə yazır ki, bu dəfə əməliyyatçıların diqqət mərkəzində Laçın rayonu işğal altında olan zaman “polis bölməsi” “rəisinin müavini” “işləmiş A.B. adlı şəxs olub.

O, Azərbaycanın Cəbrayıl rayonunda döyüşlər zamanı Ermənistan ordusu sıralarında döyüşüb. Qanunsuz olaraq 45 Kalaşnikov avtomatı, güllə ilə dolu 8 tapança darağı, ov tüfəngi, yüzlərlə güllə, qumbara əldə edərək silah arsenalını Ermənistanın Sünik vilayətinin Tex kəndinə daşıyıb.

Orada tanışı S.Q.-nin evində gizlədib.

A.B. "Kalaşnikov" avtomatının ikisini tanışlarına satıb. Nəticədə o, Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO