Tehranda yaşayış binası partladı - Ölənlər var

Tehranda yaşayış binası partladı - Ölənlər var

Hazırda oxunan: Tehranda yaşayış binası partladı - Ölənlər var

123906

Bu gün günorta saatlarında İran paytaxtı Tehran şəhərinin Enqelab prospektində üçmərtəbəli binada partlayışın baş verməsi nəticəsində 4 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bunu İranın Yanğınsöndürmə Təşkilatının sözçüsü Calal Məliki deyib.

C.Məlikinin sözlərinə görə, partlayış nəticəsində üç kişi və bir qadın ölüb. Binada axtarış əməliyyatları davam etdirilir.

Məliki əlavə edib ki, indiyədək binadan müxtəlif yanıq xəsarətləri ilə beş qadın çıxarılıb.

Təşkilat rəsmisi bildirib ki, partlayışa səbəb partlayıcı maddələrin saxlanması olub. Bəzi şəxslər Axır Çərşənbə ilə əlaqədar kustar üsulla pirotexniki vasitələr hazırlayırlar. Bu isə partlayışların baş verməsi ilə nəticələnir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO