Ermənistan Baş Prokurorluğunun cümə günü verdiyi məlumata görə, Göyçə gölünün (Sevan) sahillərində qanunsuz tikinti işləri ilə əlaqədar cinayət işi başlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan diaspor rəhbərini Rusiyaya göndərdi
Hüquq-mühafizə orqanlarının əməkdaşları aşkar ediblər ki, Göyçə gölünün sahilində 2020-ci ilin avqust ayına qədər təxminən 110.4 min kvadratmetr sahədə 110 əsaslı ictimai və sənaye obyekti salınıb.
Bu obyektlərin tikintisi, icarəsi və mülkiyyəti üçün icazələr 2011-2020-ci illərdə alınıb.
Xatırladaq ki, Göyçə gölü dəniz səviyyəsindən 1905 metr yüksəklikdə yerləşdiyindən onun sahilində əsaslı obyektlərin tikilməsi qadağandır.
Yoxlama zamanı məlum olub ki, əraziyə rəhbərlik edən "Sevan Milli Parkı" müəssisəsinin rəsmiləri birbaşa vəzifələrini yerinə yetirməyiblər.
Sui-istifadə faktlarının kifayət qədər olduğunu nəzərə alaraq cinayət işi başlanıb, materiallar İstintaq Komitəsinə göndərilib.
Qeyd edək ki, sovetlər dönəmində Göyçə gölünün ətrafında yerləşən kənd və qəsəbələrdə (Sevan şəhəri istisna olmaqla) yalnız azərbaycanlılar yaşayıb.
Köhnə tikililərin də böyük əksəriyyəti məhz eloğlularımız tərəfindən inşa edilib.
İnanırıq ki, azərbaycanlıların yenidən ora qayıdışı həmin torpaqların dirçəlişinə gətirib çıxaracaq.
Bizim.Media