TÜRKSOY-dan Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM

TÜRKSOY-dan Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: TÜRKSOY-dan Xocalı soyqırımı ilə bağlı PAYLAŞIM

122608

“Xocalı soyqırımı şəhidlərini rəhmətlə anırıq”.

Bizim.Media xəbər verir ki, bu fikir Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı paylaşımında yer alıb.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub.

8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO