İranda türkmənlər və etnik bəluclar etiraza QALXDI - VİDEO

İranda türkmənlər və etnik bəluclar etiraza QALXDI - VİDEO

Hazırda oxunan: İranda türkmənlər və etnik bəluclar etiraza QALXDI - VİDEO

122521

Sistan və Bəlucistan ətalətinin mərkəzi Zahidan şəhərində geniş etiraz aksiyası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı xəbər verib.

Bildirilir ki, aksiyanı dağıtmaq üçün sünnilərin Məkki məscidi ətrafına çox sayda xüsusi təyinatlı qüvvə cəlb edilib.

Bəluc fəalların verdiyi məlumata görə, şəhərə zirehli texnika yeridilib, onlarla snayper ətraf binaların damına yerləşdirilib.

Bununla yanaşı, əyalətin Rask şəhərində də nümayişlər təşkil edilib və hökumət əleyhinə şüarlar səsləndirilib.

Onlarla bəluc etirazçının həbs edildiyi, onların bir çoxunun həbs zamanı döyüldüyü üçün ağır yaralandığı bildirilib.

Eyni zamanda, İranın türkmənlərin kompakt yaşadığı Gülüstan əyalətinin Qalikeş şəhərində etiraz aksiyası keçirilib.

Nümayişçilər Sistan və Bəlucistan əyalətində etirazçılara qarşı repressiyaları pisləyib və aksiyaçılara dəstək ifadə ediblər.

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO