Molla-fars rejimi daha ciddi sınaq qarşısandadır. Bu dəfə rejim 40 milyonluq azərbaycanlıların azadlıq çağırışlarına cavab vermək zorundadır. Son illər, xüsusənda son 5 ayda İrandan aparılan həbslər, törədilən qətllər azərbaycanlıların azadlıq eşqini söndürə bilmədi. Əksinə bu ülvi istək daha gur alaovlandı. Bu alovun istisi və işığı isə milyonların qəlbinə yeni mübarəzi toxumu səpdi.
Bizim.Media “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, son günlər azərbaycanlıların yeni etiraz dalğası yaranır.
Heç bir təzyiqdən və qətldən qorxmayan soydaşlarımız yenidən siyasi çağırışlar etməyə başlayıblar. Məsələn, güneyli fəal Abbas Lisani molla-fars rejiminin qərarına boyun əyməyərək sürgünə getməkdən imtina edib. Üstəlik o Ərdəbil şəhərinə gələrək mübarizə yoldaşları ilə görüşüb. Görüş azadlıq eşqi ilə coşan soydaşlarımızın alovlu çıxışları ilə yadda qalıb.
Ən əsası toplatı iştirakçıları birlikdə və böyük coşqu ilə “Azərbaycan-Azərbaycan” mahnısını ifa ediblər.
İranın eləcə də dünyanın bir çox sosial şəbəkələrində riqqətlə izlənilən mahnı rəsmi Tehranın kürkünə birə salıb. Bu mahnıya qulaq asan hər kəs anlayır ki, İranda yeni dönəm başlayır.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
11:30 / 25.02.2023
Molla rejiminə etiraz edən güneylilərin "Azərbaycan" mahnısının MÖHTƏŞƏM İFASI - VİDEO
Hazırda oxunan: Molla rejiminə etiraz edən güneylilərin "Azərbaycan" mahnısının MÖHTƏŞƏM İFASI - VİDEO
Hazırda oxunan: Molla rejiminə etiraz edən güneylilərin "Azərbaycan" mahnısının MÖHTƏŞƏM İFASI - VİDEO
122483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.