İrəvanda atışma: Toyda dava düşdü

İrəvanda atışma: Toyda dava düşdü

Hazırda oxunan: İrəvanda atışma: Toyda dava düşdü

122323

Fevralın 23-də İrəvanda atəş açılıb. Bununla bağlı məlumat saat 23:15 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Polis İdarəsinin Əməliyyat İdarəetmə Mərkəzinə bir neçə vətəndaşdan daxil olub.

Bizim.Media shamshyan.com saytına istinadən xəbər verir ki, atışma səsləri Kiyevyan küçəsində yerləşən SAS supermarketinin yaxınlığında eşidirilib.

Həmin ünvanda ağ rəngli avtomobil iki vətəndaşı vurub.

Xəstəxanaya gedən polis əməkdaşları zərər çəkənlərin İrəvan sakinləri olduğunu müəyyən ediblər. Bunlar 20 yaşlı Kristina S. və 90 yaşlı Tsovinar Ş. olub.

Saytın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki,  “La Vista” restoran kompleksində toy mərasimində iştirak edənlər arasında mübahisə düşüb.

Dava zamanı 27 yaşlı Karen Minasyan qaz tapançasından atəş açıb, daha sonra “Opel” markalı avtomobilinə minib. Məhz o, Kristina S. və Tsovinar Ş.-ni vurub, sonra hadisə yerini tərk edib. Komitas prospektinə çatan gənc orada da atəş açmağa başlayıb, sonra Kiyevyan küçəsinə qayıdıb.
Avtomobil vuran qadınlar toy mərasiminin iştirakçıları olub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO