Ermənistan xarici ölkələri necə zəhərləyir? - Saxta spirtlər, konyak maxinasiyası 

Ermənistan xarici ölkələri necə zəhərləyir? - Saxta spirtlər, konyak maxinasiyası 

Hazırda oxunan: Ermənistan xarici ölkələri necə zəhərləyir? - Saxta spirtlər, konyak maxinasiyası 

12223

Bizim.Media erməni mətbuatına istinadən məlumat verir ki, Ermənistan son aylar ərzində konyak ixracı sahəsində ciddi problemlə üzləşib. Ölkədə konyakın istehsalı demək olar ki, dayanıb. Ancaq rəsmi göstəriclər tamamilə əksini iddia edir. 

Erməni ekspertlərin iddiasına görə, Ermənistan höküməti son aylarda konyak ixracı ilə bağlı göstəriciləri süni şəkldə şişirdib.

Keçən payızda Ermənistandakı şərab və konyak fabrikləri uzun müddət üzüm almayıblar, bunu koronavirus pandemiyası səbəbindən Rusiyada satışlarının düşməsi, yeni şərab və konyaklar üçün spirt saxlanclarının olmaması ilə əsaslandırıblar.

 

MÖVZU İLƏ BAĞLI:

Araq içməyin, qarışıq yuxular görəcəksiniz – Ekspertdən xəbərdarlıq 


Əslində isə problem Qarabağdakı üzümlüklərin və konyak-şərab infrasturukturunun itirilməsi ilə birbaşa əlaqəlidir.

Konyak istehsalı ilə bağlı yaranmış problemlərə görə Ermənistan rəhbərliyi son aylarda konyak istehsalı üçün gərəkli olan spirtin birbaşa satışını həyata keçirmək barədə qərar verib.

 

Qərara əsasən konyak istehsalında istifadə olunan spirt son məhsula çevrilmədən, xam mal kimi satışa çıxarılıb. Dövlət konyak fabriklərini bu istiqamətə təşviq etmək üçün xüsusi dövlət yardımları da ayırmağı təklif edib.


Lakin son günlərdə müəyyən olunub ki, Ermənistan hakimiyyəti xarici ölkələrdən ucuz və keyfiyyətsiz spirt alınmasını həyata keçirir. Ölkəyə gətirilən ucuz spirt “Erməni məhsulu” olaraq qablaşdırılır və ondan "erməni brendi" adı altında üçüncü ölkələrə satışı həyata keçirilir.

Xaricdən alınan ucuz spirtin mənşəyini əsaslandırmaq üçün isə ölkədəki üzüm istehsalının həcmi normadan daha yüksək qiymətləndirilir. Bu faktı dolayı yolla Ermənistan İqtisadi Rəqabətin Mühafizəsi üzrə Dövlət Komissiyasının araşdırması da təsdiqləyib.

 

Xaricdən alınan ucuz spirt ölkə daxilindəki əsas üzüm istehsalçılarının da məhsullarını satmalarına əngəl olu. Konyak istehsal olunmadığı üçün fabriklər əllərindəki spirtin birbaşa satışını həyata keçiriblər və yeni üzüm qəbulunu dayandırıblar.


Bu da öz növbəsində üzüm istehsalçılarının kütləvi zərərinə səbəb olub və üzümçülük sektorunu iflasa uğradıb.

Qeyd edək ki, Ermənistanın konyak istehsalında ucuz spirtdən istifadə etməsi faktı hələ SSRİ döründə belə məlum olan maxinasiyadır. Həmin vaxtlarda da Ermənistan xaricdən ucuz və keyfiyyətsiz spirt alaraq ölkədə istehsal olunan məhsuldan daha artığını ixrac edirdi.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO