İranda minlərlə molla məktəblərə işə götürüldü - SƏBƏB

İranda minlərlə molla məktəblərə işə götürüldü - SƏBƏB

Hazırda oxunan: İranda minlərlə molla məktəblərə işə götürüldü - SƏBƏB

122126

İranın Təhsil Nazirliyi "Əmin" layihəsi çərçivəsində 26 min dini təhsil alan tələbəni işə götürüb. Bu barədə təhsil nazirinin müşaviri Həmid Nikzad məlumat verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. 

İşə götürülən gənc mollalar məktəb və təhsil ocaqlarında, əsasən ideoloji təbliğatla məşğul olacaqlar.

Məlumatda qeyd olunur ki, bundan öncə İranın təhsil naziri Yusif Nuri ölkədə 40 mindən çox müəllim çatışmazlığı olduğunu desə də, parlamentin təhsil komissiyası müəllim çatışmazlığının daha çox olduğunu bildirib.
Həmçinin vurğulanır ki, müəllimlərin yetişdirilməsi və işə götürülməsi əvəzinə mollaların təbliğatçı kimi işə götürülməsi təhsil işçiləri tərəfindən narazılıqla qarşılanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO