İranın cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Təcili Yardım Xidmətinin əməkdaşı Mojtaba Xaledi bildirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bir gündə 37 zəlzələ - Yerin altında gərgin proseslər gedir
Mənbə yazır ki, İsfahan, Boyrəhməd və Kohqiluye yaşayış məntəqələrində qeydə alınan yeraltı təkanın ocağı 10 km. dərinlikdə yerləşib.
Zəlzələnin daha çox Sisaxt şəhərində hiss edildiyi deyilir.
Həlak olanlar və dağıntılar barədə bilgi verilmir..
Yerli mətbuatın yazdığına görə, bölgədə elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaranıb.
Bizim.Media