Ermənistanın paytaxtı İrəvanda hökumət binasının qarşısında aksiya keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Qeyd olunub ki, aksiyaya toplaşanlar Qeqarkunik rayonunun Azat kəndi ərazisində baş vermiş faciəvi yanğında həlak olan hərbçilərin valideynləridir.
Xatırladaq ki, yanvarın 19-da Qeqarkunik rayonunun Azat kəndi ərazisində mühəndis bölüyünün kazarmasında yanğın baş verib. Nəticədə 15 nəfər ölüb.
Bizim.Media