Serj Sarkisyan: “Müharibə vaxtı neft-qaz kəmərləri vurulmalı idi”

Serj Sarkisyan: “Müharibə vaxtı neft-qaz kəmərləri vurulmalı idi”

Hazırda oxunan: Serj Sarkisyan: “Müharibə vaxtı neft-qaz kəmərləri vurulmalı idi”

12096

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ötən gün “Armnews” telekanalına verdiyi müsahibədə 44 günlük müharibə dövründə “İsgəndər” taktiki raketlərindən nə üçün istifadə edilməməsinin səbəbini izah edib.

Bizim.Media xəbər verir ki, Sarkisyan müharibənin gedişində operativ-taktiki “İsgəndər” raketlərindən istifadə edilməməsini Paşinyan hakimiyyətinin cavab zərbəsindən qorxması ilə əlaqələndirib.

 

MÖVZU İLƏ BAĞLI:

Serj Sarkisyan: “Ağdam bizim vətənimiz deyildi”


O, bildirib ki, əldə etdiyi etibarlı informasiyaya görə “İsgəndər” raketi yalnız müharibənin sonunda Şuşaya atılıb.

Sarkisyanın müharibənin gedişində “İsgəndər” raketləri vasitəsilə Azərbaycan ərazisində yerləşən konkret hədəflərin vurulmalı olduğunu da qeyd edib: 

"Bəs niyə zərbələr Azərbaycanın öz ərazisinə vurulmadı? Onların cavab zərbəsindən qorxduqlarını düşünə bilərəm. Ola bilsin ki, eyni dəqiqlik və uzaqlıq olmasın. Amma, “İsgəndər” ləri müharibənin dördüncü-beşinci günü istifadə etmək lazım idi. Azərbaycan Horadizdə və digər bölgələrdə böyük canlı qüvvə topladığı zaman”, deyə Sarkisyan bildirib.

Onun sözlərinə görə, "İsgəndər" raketləri məhz bu məqsəd üçün nəzərdə tutulub. Sarkisyan eyni zamanda neft və qaz infrastrukturunun niyə uzun mənzilli silahlarla vurulmadığını da başa düşmədiyini qeyd edib.

"Mən demirəm ki, ilk hədəf boru kəməri olmalı idi. Amma sonunda bu raketləri niyə aldıq? Onları lazımi vaxtda istifadə etməmək üçün? “İsgəndər”lər bizimdir və müttəfiqimiz (yəni Rusiya) onu yalnız bizə verib və biz də bundan istifadə etmədik”.

Qeyd edək ki, “İsgəndər” raketləri ilk dəfə 2016-cı il aprel döyüşlərindən sonra 2016-cı ilin sentyabrda İrəvanda keçirilən hərbi parad zamanı nümayiş etdirilmişdi. O zaman bəzi “ekspertlər” bu raketlərin idarə mexanizmlərinin Rusiya hərbiçilərində olduğunu deyirdi.

Raketlərin Şuşaya atılması ilə bağlı isə indiyədək heç bir informasiya yayılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO