Türkiyədə baş verən dağıdıcı zəlzələdən 11 gün ötsə də, dağıntılar altında hələ də çox sayda taleyi naməlum insanlar var.
Bu barədə Bizim.Media-ya danışan Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının (TADDEF) Baş katibi, eyni zamanda TBMM-də Hatay millət vəkili müşaviri olaraq çalışan Mehmet Qiyas Azərtürk məlumat verib.
Onun sözlərinə görə, dağıntılar altında qalan bütün insanlar çıxarıldığında ölənlərin sayı 50 mini ötəcək:
“Dağıntılar altında hələ çox insan var. Yekunda ölənlərin sayı 50 mini ötəcək. Yaralı çıxarılan insanların da çoxu ölümcül haldadır”.
Mehmet Qiyas Azərtürk bildirib ki, zəlzələ olan bölgədə Azərbaycan əsilli insanlar çox yaşamasa da, bölgədəki universitetlərdə çox sayda təhsil alan azərbaycanlı tələbə var:
“Həmin tələbələr arasında itkin düşənlər çoxdur. Sayları hələ ki, bilinmir. Meyitləri çıxarılan 4 tələbə Malatyada olanlar idi. Amma başqa yerlərdə də var”.
Mehmet bəy onu da vurğulayıb ki, son baş verən zəlzələ göstərdi ki, siyasətçilər nə desə də böyük mənada insanlıq hələ də yaşayır:
“Bura dünyada düşmən kimi tanınan bir çox dövlətlərə mənsub insanlar gəldi. Bu da onu göstərir ki, türk milləti hər fəlakətdə dünyanın köməyinə yetişib. İnşallah bu ağrı-acılı günlər bitəcək. Müharibə edərək bir-birini öldürən dövlətlər bu fəlakətdən dərs alsalar, yaxşı olar”.
Qeyd edək ki, hazırki rəqəmlərə görə, 38 min 44 nəfər həyatını itirib, 108 min 68 nəfər yaralanıb, 216 min 347 fəlakət qurbanı bölgədən başqa əyalətlərə təxliyə edilib.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Region
09:15 / 17.02.2023
“Zəlzələdə ölənlərin sayı 50 mini ötəcək” - Mehmet Qiyas Azərtürk
Hazırda oxunan: “Zəlzələdə ölənlərin sayı 50 mini ötəcək” - Mehmet Qiyas Azərtürk
Hazırda oxunan: “Zəlzələdə ölənlərin sayı 50 mini ötəcək” - Mehmet Qiyas Azərtürk
120872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.