Ölkəmizə qarşı psixoloji müharibə aparılır - Türkiyə PREZİDENT ADMİNİSTRASİYASI

Ölkəmizə qarşı psixoloji müharibə aparılır - Türkiyə PREZİDENT ADMİNİSTRASİYASI

Hazırda oxunan: Ölkəmizə qarşı psixoloji müharibə aparılır - Türkiyə PREZİDENT ADMİNİSTRASİYASI

120863

“Ölkəmizin informasiya sahəsini psixoloji müharibə ünsürlərinə bağlamaq üçün ciddi mübarizə aparırıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Türkiyənin tarixin ən böyük təbii fəlakətlərindən biri ilə sarsılmasından on gün keçdiyini vurğulayan Fəxrəddin Altun prosesdən sui-istifadə edərək psixoloji müharibəyə keçənlərin olduğunu bildirib:

“Böyük fəlakətin baş verdiyi andan dayanmadan çalışırıq. Millətimizin böyük sınaqdan hansı ruha söykənərək çıxdığını, hər dəfə külündən necə doğulduğunu bilərək, bu ruha hücum edənlərə fürsət verməmək üçün ölkəmizin informasiya sahəsini psixoloji müharibə ünsürlərinə bağlamaq üçün də mübarizədəyik.
Nəcib xalqın fədakarlığının yanında bizim gördüyümüz işlərdən bəhs etməyə dəyməz və bunu yaxşı bilirik. Hər cür yalan xəbər, təxribat və dezinformasiya ilə mübarizə apardığımız bir zamanda Türkiyənin düşmənlərinin gördüyümüz işlərdən necə narahat olduğunu yaxından görürük.

Təəccüblənmədiyimiz başqa bir məqam isə odur ki, təbii fəlakət zamanı belə  müəyyən qruplar müxalifət adı altında dezinformasiyaya legitimlik qazandırmağa çalışır və ölkəmizə qarşı psixoloji müharibə aparatına çevrilirlər.

Bu böyük fəlakətə rəğmən prezidentliyə namizədliyini irəli sürməyə çalışan bir siyasətçinin ölkəmizin kommunikasiya sahəsinin keşiyində dayanan Kommunikasiya İdarəmizi səviyyəsiz bir şəkildə hədəfə almasi üzücüdür.

Belə bir mühitdə küçə yumoru ilə ortaya atılan iddiaların müxalifət lideri tərəfindən uydurulması təəssüf doğurur. Çünki bu gün ölkəmizin dərdini çəkən heç kimin belə işlərlə məşğul olmağa nə həvəsi, nə də vaxtı var. Təssüf edirik ki, fövqəladə bir zamanda millətimizi belə bir gündəmlə məşğul edirlər”.
Fəxrəddin Altun əlavə edib ki, Türkiyə bu çətin prosesin öhdəsindən gəlmək üçün çalışır və bütün lazımi addımları atır ki, ölkə olaraq yenidən ayağa qalxaraq əvvəlkindən də güclü olsun.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO