“Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya göndərdi” - Paşinyan

“Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya göndərdi” - Paşinyan

Hazırda oxunan: “Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflərini Bakıya göndərdi” - Paşinyan

120782

Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və bu təklifləri Bakıya göndərib.

Bizim.Media "Sputnik Ermənistan" nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, söhbət erməni təkliflərinin yer aldığı vahid saziş layihəsindən gedir:

“Sənəd ATƏT-in Minsk Qrupunun (Bu qurum artıq mövcud deyil) həmsədr ölkələrinə də təhvil verilib. 

Biz istənilən vaxt sənədi imzalamağa hazırıq. Aydındır ki, sənədə Azərbaycan tərəfi də razılığını verməlidir. Ümid edirik ki, danışıqların nəzərdə tutulan üç mərhələsində irəliləyişlər əldə olunacaq.

Məsələ ondadır ki, imzalanma uzunmüddətli sülhə gətirib çıxarmalıdır və bu, sülh müqaviləsi əsasında müharibəyə çevrilməməlidir”, - Paşinyan əlavə edib.

O, etiraf edib ki, sonuncu variant absurd səslənir, lakin ola bilər. 

Baş nazir hökumətin belə bir sazişi mümkün qədər tez imzalamağa və şəxsən bu məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu təsdiqləyib.

“Sənəddə uzunmüddətli və ardıcıl sülhün pozulmasını istisna edən bir sistem olmalıdır”, deyə o yekunlaşdırıb.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini alıb. Fevralın 14-də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın vaxtlarda təhvil verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO