Ermənistanın baş naziri Nikol Paşinyan dünən Gümrü şəhərində tərəfdarları ilə birlikdə mitinq keçirib.
Bizim.Media Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumat verir ki, Müxalif Vətəni Qurtuluşu Hərəkatının nəzərə tutulan 20 fevral nümayişi ərəfəsində Nikol Paşinyan öz tərəfdarları ilə mitinq keçirməyə qərar verməsi erməni ictimaiyyətində ciddi marağa səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Erməni deputat: “Paşinyan ölkəni vətəndaş müharibəsinə sürükləyir”
Məlumatlara görə, miqtinqdə cəmi 300 nəfər iştirak edib.
Onların əksəriyyəti hökümət mənsubları, hakim “Mənim Addımım” fraksiyasının deputatları, incəsənət xadimləri, Paşinyanın yaxın ətrafı və qohumları, eyni zamanda fərqli bölgələrdən mikroavtobuslarla gətirilmiş şəxslərdən ibarət olub.
Məlumata görə, mitinq iştirakçılarından bəziləri Paşinyanı II Qarabağ müharibəsinin ''qəhrəmanı'' adlandırıb və Ermənistanın müharibədə qalib gəlməsi ilə bağlı şüarlar səsləndiriblər.
Mitinqdə iştirakçıları qorumaq üçün çoxsaylı polis və hərbiçinin də cəlb olunduğu da qeyd olunur.
Bizim.Media