Ermənilər iranlılara qoşulub bu günlərdə NECƏ SEVİNİR? - TƏFƏRRÜAT

Ermənilər iranlılara qoşulub bu günlərdə NECƏ SEVİNİR? - TƏFƏRRÜAT

Hazırda oxunan: Ermənilər iranlılara qoşulub bu günlərdə NECƏ SEVİNİR? - TƏFƏRRÜAT

119885

“Son iki ildə Ermənistan və İran arasında ticarət əlaqələrində böyük irəliləyiş qeydə alınıb”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın İqtisadiyyat naziri Vaan Kerobyan erməni mətbuatına ötən gün verdiyi müsahibəsində deyib. O bildirib ki, 2020-ci ildə ticarət dövriyyəmiz təxminən 400 milyon dollar, 2021-ci ildə 500 milyon dollar, 2022-ci ildə isə 700 milyon dollardan çox olub:

“Düşünürük ki, yaxın gələcəkdə İranla qarşılıqlı ticarətdə 1 milyard dollar həddini keçəcəyik”.

Göründüyü kimi İran artıq Ermənistanın əsas strateji müttəfiqinə çevrilir. Bu gedişlə yaxın 2 ildə İranla Ermənistan arasındakı ticarət əlaqəsi Rusiya ilə olan iqtisadi əlaqələri üstələyəcək.
Maraqlıdır ki, Ermənistan-İran iqtisadi əlaqələri son 2 ildə daha böyük həcmdə artıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra rəsmi Tehranın götürdüyü siyasi kursun nəticəsində baş verib. İran birmənalı olaraq Azərbaycanın inkişafını, qüdrətlənməsini istəmir.

Və bunun üçün müxtəlif vasitələrə əl atır. Həmin vasitələrdən biri də Zəngəzur dəhlizinin açılmasını ləngitmək və Ermənistanı yeni müharibəyə təşviq etməkdir. Bunun üçün rəsmi Tehran Ermənistana açıq şəkildə həm siyasi, həm də iqtisadi cəhətdən dəstək göstərir.

Mövcud vəziyyət rəsmi İrəvanı da qane edir. Ona görə də Ermənistan sözdə Qərbə üz tutduğunu desə də faktiki olaraq İrana doğru addım-addım yaxınlaşır.

Bildiyimiz kimi 11 fevral İrandakı molla-fars rejiminin hakimiyyətə gəlməsi günüdür. Məhz 44 il əvvəl şah üsuli-idarəsini devirən mollalar yeni quruluşlu dövlət formalaşdırdı.

Bu gün dünyanın tək-tük ölkələri bu münasibətlə rəsmi Tehrana təbrik teleqramı göndərir. Amma Ermənistanın bütün rəsmiləri, o cümlədən prezident, Baş nazir, parlament sədri və digərləri böyük sevinc və canfəşanlıqla Tehrana təbriklər yağdırırlar.
Molla-fars rejimi isə bu sevgidən vəcdə gələrək ermənilərə gen-bol vədlər verirlər.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO