Zəlzələdə türk vətəndaşını həyatını xilas edən İlham: \

Zəlzələdə türk vətəndaşını həyatını xilas edən İlham: \"13-cü mərtəbədən...\" - VİDEO

Hazırda oxunan: Zəlzələdə türk vətəndaşını həyatını xilas edən İlham: \"13-cü mərtəbədən...\" - VİDEO

119847

Türkiyədəki zəlzələdə qardaş ölkə vətəndaşı Selçuk Aydemiri xilas edən azərbaycanlı İlham tapılıb.

Bizim.Media xəbər verir ki, "İTV" kanalının "Sabaha saxlamayaq" verilişinə gələn İlham həmin zəlzələ anını belə xatırlayıb:

"Mən ora iş görüşməsi üçün getmişdim. Səfərim fevralın 2-si və 5-i tarixlərində oldu. Artıq ayın 5-i mən Azərbaycana qayıtmalı idim. Uçuşlar təxirə salındığından gediş-gəliş mümkün olmadı. Gecə zəlzələ oldu.
Divarlar üstümə yağanda artıq gördüm ki, vəziyyət ciddidir. Həmin vaxt otel ayaqda qala bilmişdi. 40-45 dəqiqə sonra polislər gəldi. Təsadüfən yuxarıda kiminsə fənərlə işıq saldığını gördüm.

Polisə yaxınlaşdım, yuxarıda kiminsə olduğunu dedim. Sonra 13-cü mərtəbəyə qalxdım. 14-cü mərtəbədə bir adam var idi, Selçuk bəydən əvvəl onu xilas etdim.

13-cü mərtəbədə isə Selçuk bəyi xilas etdim. 6-cı mərtəbədə isə avstraliyalı turist var idi. Onu xilas edə bilmədim. Onu xilas etmək üçün kömək çağırdım", - deyə qeyd edib.

Daha ətraflı videoda:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO