Zəlzələ qurbanlarının sayı 22 mini keçdi - YENİLƏNİB 

Zəlzələ qurbanlarının sayı 22 mini keçdi - YENİLƏNİB 

Hazırda oxunan: Zəlzələ qurbanlarının sayı 22 mini keçdi - YENİLƏNİB 

119787

Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda çıxışı zamanı məlumat verib. 

Məlumata görə təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.

18.30

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 min 848 nəfərə çatıb, yaralanan 80 min 104 nəfər xilas edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri çərçivəsində Şanlıurfada çıxışı zamanı məlumat verib. 

Ərdoğan 10 vilayətdə 7 min 584 binanən dağıldığını, 12 min 617 binaya ciddi zərər dəydiyini qeyd edib. 

15.47

Türkiyədə zəlzələdə ölənlərin sayı 21 043 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 80 097 nəfər yaralı var.

15.32***

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 937 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

80 088 nəfər xilas olunub. Zəlzələ bölgəsindən 102 388 nəfər təxliyə olunub.

09.56***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

91 511 nəfər isə yaralanıb.

08.56***

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 318 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

91 511 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO