Serj Sarkisyan: “Ağdam bizim vətənimiz deyildi”

Serj Sarkisyan: “Ağdam bizim vətənimiz deyildi”

Hazırda oxunan: Serj Sarkisyan: “Ağdam bizim vətənimiz deyildi”

11974

Bu gün Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Armnyus” telekanalına müsahibə verib. 

Bizim.Media xəbər verir ki, Sarkisyan müsahibəsində mövcud hakimiyyət və Qarabağ münaqişəsi ilə bağlı bir sıra maraqlı məqamlara toxunub.

Hakimiyyətdə olduğu dövrdə Qarabağla bağlı “qırmızı xəttlərin” olduğunu bildirən Sarksiyan, hazırkı hakimiyyətin bu qədər prinsipial olmadığını da əlavə edib.

Onun fikrincə, Qarabağın Azərbaycanın tərkibində olması əsas “qırmızı xətt” idi.

 

MÖVZU İLƏ BAĞLI:

Serj Sarkisyan: “Məğlubiyyət qaçınılmaz idi”

 

Sarkisyan özünün məşhur “Ağdam bizim vətənimiz deyil” sözünə lağ edən və Ağdamın fonunda selfie çəkdirən insanların öz “vətənlərini” necə qoruduqlarına da diqqət çəkib.

Hakimiyyəti dövründə hər zaman ərazi güzəştlərinə hazır olduğunu qeyd edən Sarkisyan, Qarabağ münaqişəsini danışıqlar masasına qaytarmağın lazım olduğunu qeyd edib.

O, "mövcud hakimiyyətin ən böyük problemi məhz bu idi, Nikol Paşinyan isə danışıqların mahiyyətini başa düşə bilməmişdi",-deyə bildirib.

Sarkisyan müsahibəsində eyni zamanda Aprel döyüşlərinə də toxunub. Ermənistanın ciddi itkilər verdiyini inkar edərək, əksinə Azərbaycanın çoxsaylı itkilərinə görə atəşkəs istədiyini və Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunduğunu deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO