Seyran Ohanyan deputat toxunulmazlığından məhrum edildi – Ona qarşı cinayət işi başlanacaq

Seyran Ohanyan deputat toxunulmazlığından məhrum edildi – Ona qarşı cinayət işi başlanacaq

Hazırda oxunan: Seyran Ohanyan deputat toxunulmazlığından məhrum edildi – Ona qarşı cinayət işi başlanacaq

119246

Ermənistan parlamenti “Hayastan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri, Xocalı qatili Seyran Ohanyana qarşı cinayət işinin başlanmasına icazə verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı erməni mətbuatı yayıb.

Mənbə yazır ki, hər üç vəsatət üzrə (dövlət vəsaitini xərcləmək, külli miqdarda dövlət vəsaitini mənimsəmək, dövlət əmlakını satmaq) deputatlar gizli səsvermə yolu ilə müsbət rəy veriblər.

O, həmçinin deputat toxunulmazlığından məhrum edilib.

Qərar yalnız hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların iştirak etdiyi qapalı səsvermədə qəbul edilib. Müxalifət prosesdə iştirakdan imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO