Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan sabiq müdafiə naziri, müxalifətin “Hayastan” fraksiyasının deputatı, Xocalı qatili Seyran Ohanyana qarşı sui-istifadə ittihamı ilə dindirilib.
Bizim.Media “Sputnik Ermənistan” nəşrinə istinadən xəbər verir ki, bunu parlamentdə Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib.
"Bu iş çərçivəsində üçüncü prezident ifadə verib. O, dindirilib", - deyə baş prokuror qeyd edib.
Eyni zamanda baş prokuror vurğulayıb ki, Sarkisyanın birbaşa göstərişi ilə sui-istifadə hallarının baş verdiyinə dair birbaşa sübut yoxdur. Lakin sənədlərin birində Ohanyan əllə yazıb ki, bu məsələni prezidentlə müzakirə edəcək.
Qanunverici orqan baş prokuror Anna Vardapetyanın keçmiş nazir və “Hayastan” fraksiyasının hazırkı rəhbəri Seyran Ohanyanın külli miqdarda dövlət əmlakını mənimsəmədə ittiham olunması barədə vəsatətini müzakirə edir.
Ötən gün verilən vəsatətlərdən biri bağlı qapılar arxasında müzakirə aparılıb. Ohanyanın özü müzakirədə iştirak etməyib.
Bizim.Media
- A-
- A
- A+
Region
12:53 / 08.02.2023
Serj Sarkisyan Seyran Ohanyanın işi üzrə dindirildi
Hazırda oxunan: Serj Sarkisyan Seyran Ohanyanın işi üzrə dindirildi
Hazırda oxunan: Serj Sarkisyan Seyran Ohanyanın işi üzrə dindirildi
119182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.