Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

Hazırda oxunan: Kahramanmaraşdakı güclü zəlzələdən sonra 648 afterşok qeydə alınıb

119172

Kahramanmaraşdakı 7.7 maqnitudalıq zəlzələdən sonra indiyədək ümumilikdə 648 afterşok qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD-dan) bildirilib.

Məlumata görə, psixoloji yardım məqsədilə əraziyə 2 902 nəfər və 132 nəqliyyat vasitəsi cəlb olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb.

Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO