Türkiyə Prezident Administrasiyasının 2 təyyarəsi zəlzələ bölgəsində

Türkiyə Prezident Administrasiyasının 2 təyyarəsi zəlzələ bölgəsində

Hazırda oxunan: Türkiyə Prezident Administrasiyasının 2 təyyarəsi zəlzələ bölgəsində

119038

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsinə axtarış-xilasetmə və tibb işçilərinin köçürülməsi üçün Prezidentliyə aid 2 təyyarə ayrılıb.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə zəlzələ bölgəsində işləmək üçün axtarış-xilasetmə və sağlamlıq qruplarına ayrılan təyyarələrdən biri Adıyaman, digəri isə Kahramanmaraş istiqamətinə yola düşüb.

Bölgəyə gedən təyyarələrdə kardioloqlar, ümumi cərrahlar, ürək-damar cərrahları, neyrocərrahlar, ortopedlər, doğum həkimləri, tibb bacıları və AFAD texniki işçiləri var.
Bölgəyə personaldan əlavə sağlamlıq ləvazimatları, generatorlar, qida və geyim materialları da təyyarələrlə daşınacaq.

Təyyarələrin bölgədəki yaralıları qayıdarkən Ankaraya aparacağı öyrənilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO