Xəbər verdiyimiz kimi, 10 gün əvvəl Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Moskvaya səfər edib. Onun məqsədi Rusiya Federasiyasının Qarabağın gələcəyi ilə bağlı yanaşmalarına aydınlıq gətirmək olub.
A.Arutyunyandan sonra Moskvaya Kremlin himayədarı, özünü “dövlət naziri” adlandıran Ruben Vardanyan da səfər edib.
Görünür, o, Rusiya paytaxtına Qarabağın daxili siyasi problemlərini müzakirə etmək və onların həlli yollarını axtarmaq üçün dəvət olunub.
Son anda alınan məlumata görə, Vardanyanı Moskvaya heç kəs dəvət etməyib, sadəcə olaraq o, Qarabağdan qaçıb.
Bizim.Media xəbər verir ki, mənbə onun rus sülhməralılarının yük maşınında gizlənərək Ermənistana aparıldığını qeyd edib.
Sonra isə erməni milyarder İrəvandan təyyarə ilə qaçıb gəldiyi Moskvaya gedib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:17 / 07.02.2023
Ruben Vardanyan Qarabağdan qaçdı
Hazırda oxunan: Ruben Vardanyan Qarabağdan qaçdı
Hazırda oxunan: Ruben Vardanyan Qarabağdan qaçdı
119036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.